Xəbər lenti

Orxan Abbasov Daşkəsən səyyar qəbul keçirdi - Fotolar

Tarix: 24-11-2024 10:34     Baxış: 854

Noyabrın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun Dardərə kənd sakinləri ilə keçirdiyi səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi və  bələdiyyə sədri iştirak edib.

Mubarizciler.az xəbər verir ki, İbaşçısı Orxan Abbasov giriş nitqində diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq vətəndaşlarla səyyar qəbulların keçirilməsində məqsəd sakinlərin müraciətləri ilə yerində tanış olmaq və məsələləri operativ surətdə aradan qaldırmaqdır. Rayon rəhbəri həmçinin kənd sakinlərinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində Prezident cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr, rayonda reallaşdırılan tədbirlər haqqında məlumat verib və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafına dair ərazidə görülməsi nəzərdə tutulan işlərdən söz açıb.

Qəbulda sakinlərin müxtəlif mövzularda müraciətləri dinlənilib.

İcra başçısı Orxan Abbasov müraciətlərdə qaldırılmış məsələlərin həlli ilə bağı aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Əksər müraciətlər yerində həll edilib. Bəzilərinin icrası isə müvafiq qurumlara çatdırılması üçün nəzarətə götürülüb.

Qəbulda iştirak edən Dardərə kənd sakinləri vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar