Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

FIFA prezidentindən İlham Əliyevə maraqlı hədiyyələr - Fotolar

Tarix: 12-11-2024 14:48     Baxış: 1 092

Azərbaycan Prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Mubarizciler.az xəbər verir ki  bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Əvvəlcə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirib.

Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olundu, Canni İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirilib.

Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edilib.
















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar