Xəbər lenti

Şirvanda “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib - Fotolar

Tarix: 09-11-2024 18:26     Baxış: 2 485

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə M.Osmanov adına 20 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi polis polkovniki Fizuli Əhmədov, eləcə də digər iştirakçılar narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən danışaraq hüquq mühafizə orqanları tərəfindən bu zərərli maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində görülən işlər barədə məlumatlar veriblər. Şagirdlərə dəyərli tövsiyələr verən məruzəçilər onlara təhsillərində və gələcək həyatlarında uğurlar arzulayıblar.

Görüşün sonunda narkotiklərin fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar