Xəbər lenti
18-11-2024, 12:06
 

8 Noyabr Zəfər Günü Daşkəsəndə qeyd olunub - Fotolar

Tarix: 08-11-2024 19:53     Baxış: 392

Noyabrın 8-də  Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin dördüncü ildönümü münasibətilə təntənəli bayram tədbiri keçirilib. Tədbirdə minlərlə daşkəsənli bayram əhvali-ruhiyyəsində iştirak edib.

Mubarizciler.az xəbər verir ki, Əvvəlcə şəhid ailələri və müharibə veteranları ilə birgə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olunub. Sonra hərbçilərin də iştirakı ilə Daşkəsən Şəhidlər Xiyabanına yürüş təşkil edilib. Şəhid məzarları ziyarət olunaraq gül dəstələri düzülüb, Şəhidlər Xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Daşkəsən şəhər Heydər Əliyev meydanında nümayiş etdirilən rəsm, əl işləri və kitab sərgiləri, idmançıların və hərbçilərin nümunəvi çıxışları və "Əsgərə məktub" aksiyası bayram tədbirinə əlavə rəng qatıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov 8 Noyabr – Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Digər çıxış edənlər – YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, şəhid anaları Sevda Şıxıyeva, Qızbəs Abbasova, Aybəniz Abdullayeva, Qönçə Cəfərova, Vətən müharibəsi qaziləri Ceyhun Əliyev və Orxan Babayev qeyd ediblər ki, bu möhtəşəm Zəfərin əsas müəllifi möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.

Xoş anlarla yaddaşlarda qalan bayram konsertində tanınmış incəsənət xadimlərinin və müğənnilərin çıxışları alqışlarla qarşılanıb.

Tədbirin sonunda atəşfəşanlıq olub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar