Xəbər lenti

Ağstafada 8 Noyabr - Zəfər Günü qeyd edilib - Fotolar

Tarix: 08-11-2024 19:35     Baxış: 518

Ağstafada 8 Noyabr - Zəfər Günü münasibəti ilə möhtəşəm bayram konserti təşkil olunub.

Mubarizciler.az xəbər verir ki, Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkında izdihamla müşayiət olunan bayram tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ərazisində yerləşən hərbi hissələrdən əsgər və zabit heyəti, məsul şəxlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağstafa RİH başçısı çıxışında hər kəsin Zəfər bayramını təbrik edərək qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun xalqımıza bəxş etdiyi şanlı Zəfər, tarixi ədalətin bərpası Ulu Öndər Heydər Əli¬yev siyasətinin təntənəsidir. Artıq Ümummilli Liderin ideyalarının təzahürü olan müasir, qalib və qüdrətli Azərbaycan sosial-iqtisadi tərəqqisi, hərbi gücü, günü-gündən artan beynəlxalq nüfuzu, milli həmrəyliyinin möhkəmləndirilməsi ilə yeni zirvələrə doğru inamla irəliləməkdədir. 

  Bayram tədbirində Bakı şəhərindən təşrif buyurmuş respublikanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, şairə Cığatel İsaqızı, müğənnilər – Çinarə Məlikzadə, Leyla Camal, Leyla Elmanqızı, aşıq Qoca Ərəbov səhnə alıblar, eləcə də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin hazırladığı geniş konsert proqramı nümayiş etdirilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar