Xəbər lenti

Goranboyda “8 noyabr-Zəfər Günü” ilə bağlı bayram tədbiri keçirildi - Fotolar

Tarix: 08-11-2024 18:51     Baxış: 1 638

“8 noyabr-Zəfər Günü” ilə bağlı, Goranboy rayonunun Goran qəsəbəsində yerləşən “Şahin” şadlıq sarayında,  Milli Məclisin deputatı Bədəl Bədəlovun təşəbbüsü, dəstəyi və rayon İcra Hakimiyyətinin təskilatçılığı ilə təşkil olunan bayram tədbirində, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən Milli Məclisin deputatı Bədəl Bədəlov, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri,  Şəhid ailələri  və Qazilər iştirak etdilər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə çıxış edən RİH-nin başçısı Məhərrəm Quliyev qeyd etdi ki, işğal altındakı ərazilərimizin azad edilməsi və suverenliyimizin təmin olunması uğrunda  həyata  keçirilən və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük  Vətən müharibəsi, 2022 sentyabr və 2023 sentyabr antiterror əməliyyatları  tariximizin ən parlaq səhifələridir. İcra başçısı  yeni şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq, Möhtəşəm  Zəfər tarixini xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və  Rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırdı.  

Tədbirdə, Gəncə Dövlət Filarmoniyasının solistlerinin və yerli özfəaliyyət kollektivlərinin təqdimatında bayram konserti nümayiş etdirildi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar