Seymur Orucov şəhid anaları və qazilərə baş çəkdi - Fotolar
Ağstafa RİH başçısı rayonun məsul şəxsləri ilə birlikdə rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəhid anaları - Arifə Abdullayeva, Zeynəb Sadıqova, Afət Namazova və 3-cü qrup Vətən müharibəsi əlilləri - Vüsal Qarayev, Valeh Qədimovun sağlamlıq durumları, onların qayğıları ilə maraqlanaraq Zəfər bayramı təbriklərini çatdırıb.
Mubarizciler.az xəbər verir ki, xəstəxananın baş həkimi, Vətən müharibəsi veteranı Teyyub Carçıyev posientlərin səhətləri və müalicələrinin gedişatı barədə ətraflı məlumat verərək bildirib ki, bu kateqoriyadan olan hər bir vətəndaşımız üçün yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsinə dair dövlətimiz tərəfindən bütün zəruri şərait yaradılıb.
Ziyarət olunanlar öz növbəsində söhbət əsnasında onlar üçün yaradılan şəraitdən və tibbi personalın peşəkarlığından razılıqlarını bildirib, şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmasına, onların sosial qayğılarının daim diqqətdə saxlanılmasına görə ayrıca minnətdarlıq ediblər.
Xəbəri paylaş