Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Şəkidə polis əməkdaşları məktəblilərlə görüşüblər - FOTO

Tarix: 07-11-2024 22:38     Baxış: 791

Şəki şəhər 17 saylı orta məktəbdə “Narkomaniyaya yox deyək”  mövzusunda növbəti tədbir keçirilib. 

Mubarizciler.az ın məlumatına görə, Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə antinarkotik təbliğatının daha da gücləndirilməsi məqsədilə keçirilən tədbirdə “ağ ölüm”ün fəsadları barədə şagirdlərə ətraflı məlumat verilib. 

Məktəblilərlə görüşdən çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki  Elnur Həsənov əsrimizin bəlasına çevrilən narkomaniyanın fəsadlarından, insan sağlamlığı üçün zərərlərindən, eləcə də narkotik vasitə və psixotrop maddələrdən istifadə edən şəxslərdə yaranan asılılıqdan söz açıb, şagirdləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb. 

Həmçinin tədbirdə narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və mövzu ilə əlaqəli iştirakçıları maraqlandıran sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar