Xəbər lenti

Goranboyda "Şanlı Qələbəmiz!” adlı tədbir keçirilib - FOTO

Tarix: 07-11-2024 19:51     Baxış: 1 008

8 Noyabr – Zəfər Günü ilə əlaqədar "Şanlı Qələbəmiz!” adlı tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbdə keçirilən tədbirdə Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun  müdiri Xəyal Məmmədov, Goranboy Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ziya Aslanov, təhsil sektorunun məsul əməkdaşları və məktəbin kollektivi, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib. Bildirilib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.

Tədbir şagirdlərin “Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiyaları ilə davam edib.

Tədbirdə "Zəfər Günü"nə həsr olunmuş müxtəlif nominasiyalar üzrə qalib şagirdlər "Fəxri Fərman"la mükafatlandırılıb.

Tədbirin sonunda şəhid ailə üzvləri, qazi və vətən müharibəsi veteranları ilə çay süfrəsi ətrafında səmimi söhbət edilərək xoş xatirələr yad edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar