Orxan Abbasov səyyar qəbul keçirdi - FOTO
Noyabrın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun vətəndaşlarla növbəti səyyar qəbulu Tapan kəndində təşkil olunub.
Mubarizciler.az xəbər verir ki, Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə rayonda vətəndaşlarla davamlı olaraq hər həftə səyyar qəbulların keçirildiyini və bu görüşlərin artıq ənənə halını aldığını vurğulayıb, sakinləri narahat edən məsələlərin həlli sahəsində müsbət tendensiyanın əldə olunduğunu bildirib. Eyni zamanda sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini nəzərə çatdıraraq https://rih.gov.az/ platformasından yararlanmağı tövsiyə edib.
Səyyar qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
İcra başçısı Orxan Abbasov müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerində həll olunub, habelə izahlar verilib. Bəzi müraciətlər müvafiq qurumlara çatdırılması üçün nəzarət qaydasında qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Tapan kənd sakinləri göstərilən diqqətə və yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə ediblər.
Xəbəri paylaş