Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Zərdabda “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib - FOTO

Tarix: 07-11-2024 19:32     Baxış: 980

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən Heydər Əliyev mərkəzində şəhər 1, 2 və 3 saylı, eləcə də Gəlmə kənd tam orta məktəbində təhsil alan yuxarı sinif şagirdinin iştirakı ilə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Görüşdə polis şöbəsinin əməkdaşları və rayon prokurorluğunun rəhbəri, icra hakimiyyətinin məsul şəxsləri, eləcə də təhsil müəssisələrinin pedaqoji kollektivi iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Müasir dövrümüzün ən böyük probleminə çevrilmiş və “Ağ ölüm” kimi ad qazanmış narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı fəsadlar barədə şagirdlərə məlumat verən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Ramil Salayev, gələcəyimiz olan gənclərin sağlam ruhda böyüməsinin və gələcəyin peşəkar kadrları kimi formalaşmasının önəmindən danışıb. Polis rəisi bildirib ki, yaşından asılı olmayaraq bu bəlanın aludəçisinə çevrilən hər bir şəxs öz həyatında sağalmaz izlər buraxmaqla yanaşı gələcəyini məhv edir. Siz məktəblilər isə belə şəxslərdən kənar gəzməli, daima təhsilinizdə fərqlənməli və bizim qürur mənbəyimiz olmalısız.

Daha sonra çıxış edən digər məruzəçilər iştirakçılara dəyərli tövsiyələr verərək keçirilən tədbirinin mahiyyətini yüksək qiymətləndiriblər.

Görüşün sonunda narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar