Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Ağstafada "Elmli həyat, yaşıllıq yarat" adlı tədbir keçirilib - FOTO

Tarix: 07-11-2024 19:23     Baxış: 1 652

Ağstafada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "Elmli həyat, yaşıllıq yarat" adlı tədbir keçirilib

Mubarizciler.az xəbər verir ki, Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin və Ağstafa rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl Dövlət Himnimiz səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayonun məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin təhsilalanlarının məişət tullantılarından hazırladıqları əl işlərindən ibarət sərgi və biri-birindən rəngarəng bədii səhnəciklər böyük rəğbətlə qarşılanıb.

Tədbirin keçirilməsinin əsas məqsədi Prezident İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi barədə imzaladığı Sərəncamdan irəli gələn tədbirlər çərçivəsində ekoloji mədəniyyəti, təbiətə həssas münasibəti təbliğ etmək, yaşıllıqlara qayğı ilə yanaşmağın zəruriliyinə diqqət çəkməkdən ibarət olub.

Çıxışlarda dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən geniş bəhs olunub.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar