Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Masallıda "Narkomaniya və onun zərərli nəticələri" mövzusunda maarifləndirici görüş keçirilib - FOTO

Tarix: 07-11-2024 18:15     Baxış: 903

Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bədəlan kənd tam orta məktəbində "Narkomaniya və onun zərərli nəticələri" mövzusunda maarifləndirici görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Çıxış edən Masallı RPŞ-nin rəisi, polis polkovniki Azay Ağayev bildirib ki, narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi bəlalardan biridir. Əsrimizin bəlasına çevrilən və "ağ ölüm" adlandırılan narkomaniya ilə mübarizə dövlətimizin və cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdəndir. Gənclərin iştirakı ilə keçrilən maarifləndirici görüşlərin başlıca məqsədi gəncləri bu bəladan uzaq tutmaqdır. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqı və mənəvi dəyərləri sarsıdan, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq.

Tədbirdə həmçinin, ali təhsil müəssisələrinə hazırlaşan, daxili işlər orqanlarında xidmət etmək istəyində olan abituriyentlərə DİN-in Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumat verilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar