Xəbər lenti
18-11-2024, 12:06
 

Prokurorluq əməkdaşları tərəfindən təhsil işçiləri üçün maarifləndirici təlimlər keçirilib - FOTO

Tarix: 07-11-2024 09:45     Baxış: 336

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə tədbirlər uğurla davam etdirilir.

Tədbirlərin davamı olaraq, oktyabrın 30 və 31-i Baş Prokurorluqda, noyabrın 4-ü isə Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə Təhsil İdarəsində təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Təcrübəli prokurorluq əməkdaşlarının təlimçi qismində iştirak etdiyi təlim zamanı dinləyicilərə korrupsiya hüquqpozmalarının mahiyyəti, bu hüquqpozmalara görə məsuliyyətin növləri, korrupsiyaya qarşı aparılan mübarizə və digər aktual məsələlər tədris olunub.

Dinləyicilər tədris edilmiş mövzulara maraq göstərib, onları maraqlandırılan suallar ətraflı cavablandırılıb.

Tədbirlə əlaqədar Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılmış şərait və tətbiq edilən informasiya sistemləri ilə tanış edilib, tədrisin təşkili sahəsində təcrübə mübadiləsi aparılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar