Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Ağstafada Zəfər Gününə həsr olunmuş “Nə?, Harada?, Nə zaman?” regional intellektual bilik yarışı keçirilib - FOTO

Tarix: 06-11-2024 22:05     Baxış: 2 618

Ağstafa Rayon İcra Hakimyyətinin Tədbirlər Planına uyğun olaraq, “Ağstafa Gənclər  Evi” sosial xidmət müəssisəsinin, Qazax-Tovuz Regional Gənclər və  İdman İdarəsinin, Keşikçidag Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçıliğı ilə keçirilən yarış Ağstafa şəhəri, “Yazıçılar Evi”ndə baş tutub.

Mubarizciler.az xəbər verir ki, Beş rayonun təmsil olunduğu intellektual yarışda Ağstafa rayonunu “Dəmir Yumruq”, Qazax rayonunu “Bayraq”,  Tovuz rayonunu “Zəfər”,  Şəmkir rayonunu “Xankəndi” komandası təmsil edib.

Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gərgin və maraqlı keçən intellektual yarışın münsiflərinin yekun qərarı ilə “Zəfər” komandası 1-ci, “Xankəndi” komandası 2-ci və “Bayraq” komandası 3-cü yerə layiq görülüblər. Komandalar müvafiq diplom, sertifikat və hədiyyələrlə təltif olunublar.

Tədbir iştirakçıları, eyni zamanda, “Ağstafa Gənclər Evi”nin könüllülərinin əli işləri və Keşikçidağ Dövlət tarixi-mədəniyyət qoruğuna aid stendlərlə də tanış olublar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar