Goranboyda COP29 ilə bağlı yaradılmış Qərargahın ilkin iclası keçirildi - FOTO
Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında COP29 ilə bağlı yaradılmış Qərargahın ilkin iclası keçirildi.
2024-cü il 11-22 noyabr tarixlərində Azərbaycanda müxtəlif ölkələri təmsil edən on minlərlə nümayəndənin iştirakı ilə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 keçiriləcəkdir. Bununla əlaqədar, şəhər və rayon icra hakimiyyətləri başçıları yanında hüquq mühafizə orqanlarının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları və Azərbaycan Avtomobil Yolları Dövlət agentliklərinin, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyinin yerli qurumlarının rəhbərlərindən ibarət xüsusi qərargahlar yaradılmış, “qaynar xətt” və fasiləsiz növbətçilik sistemi təşkil edilmişdir. Qərargahlar tərəfindən yerlərdə bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyəti, müvafiq ərazinin sanitar təmizliyi təmin ediləcəkdir.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Qərargahın ilkin iclası keçirildi. Rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin sədrliyi ilə keçirilən iclasda, COP29 ilə bağlı, Goranboy rayonu ərazisində indiyə kimi həyata keçirilən müvafiq abadlıq və yaşıllıq zolaqlarının genişləndirilməsi işləri və 11-22 noyabr tarixlərində Qərargah tərəfindən bütün həyati vacib sahələrin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun, mühəndis-kommunikasiya sistemlərinin, habelə tibb müəssisələrinin və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyətinin və ərazilərin sanitar təmizliyinin təmin edilməsi ilə bağlı, müzakirələr aparıldı, tapşırıq və tövsiyələr verildi.
Xəbəri paylaş