Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Gəncədə "Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib - FOTO

Tarix: 05-11-2024 21:18     Baxış: 924

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Rövşən Kərimov, təhsil sektorlarının müdirləri, məktəbəqədər təhsil müəssisələrinin və ümumi təhsil müəssisələrinin direktorları, şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi yad edilib. Bildirilib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.

Tədbir şagirdlərin “Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiyaları ilə davam edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar