Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Müzəffər Ali Baş Komandan, xilaskar Lider

Tarix: 05-11-2024 15:28     Baxış: 406

Artıq Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərimizin növbəti ildönümünü qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Artıq həmin Zəfərdən dörd il ötür və Azərbaycan xalqı Zəfər Gününü tariximizin ən qürurlu, fəxarətli günü kimi qeyd edir.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Torpaqlarımızın işğal altında olduğu 30 illik dövr ərzində hər bayram ən böyük arzusunun növbəti bayramı Qarabağda qeyd etmək istəyi olan xalqımız üçün Zəfər Günü üçün bundan daha möhtəşəm tarix ola bilməzdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.

Azərbaycan xalqı 30 il idi Qələbəni, torpaqlarımızı düşmən işğalından azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Bu müddət ərzində həm Ulu Öndərin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi dövründə atılmış hər bir addım, qəbul olunmuş hər bir qərar Azərbaycan torpaqlarının düşmən işğalından azad olunmasına xidmət edib. Vətən müharibəsində qazanılmış Zəfər mükəmməl ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Ordunu dövlətin dayağı, xalqın güvən yeri, qürur mənbəyi adlandıran Ulu Öndər Azərbaycan Ordusunun yaradıcısı olmuş, Silahlı Qüvvələrimizi dövlət müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirmişdir. 

Azərbaycan Ordusunun inkişafı, müasirləşdirilməsi, döyüş qabiliyyətinin artırılması Prezident İlham Əliyevin rəhbərliyi illərində də uğurla davam etdirilmiş, ordu quruculuğu dövlət quruculuğunun əsas istiqamətlərindən birinə çevrilmişdi. 30 illik münaqişə 44 gündə Azərbaycanın qələbəsi ilə bitdi. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu bir daha Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı ölkə Prezidenti cənab İlham Əliyevin siyasi diplomatiyasının bütün dünyaya nümayişinin əyani təzahürü idi. 

Azərbaycan regionun enerji, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox dövlətlərin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Ölkəmizin xarici siyasət uğurları davamlılığı ilə diqqət çəkdi. Bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. İşğaldan azad edilmiş ərzilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Azərbaycan dünya hərb tarixində bu ilkə də imza atdı ki, müharibədəki tarixi Qələbəmizdən dərhal sonra azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verdi. Azərbaycan davamlı olaraq sosial-iqtisadi qüdrətini artırır, siyasi mövqelərini möhkəmləndirir. Eyni zamanda atılan addımlar Azərbaycanın regionda lider ölkə statusunu daha da möhkəmlədəcəyini qətiyyətlə söyləməyə əsas verir.

Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir. Türkiyə Prezidentinin ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. 44 günlük müharibənin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşdı.

“Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən Müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqidir.

2020-ci ildekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi.Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu ki, bunun da siyasi və rəmzi mənası var idi. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər.Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur.Azad edilmiş ərazilərə səfərləri ilə cənab Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.

Qədirbilən Xalqımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən, bizə bu Zəfəri yaşadan Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacaq. Onların əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar