Xəbər lenti

Daşkəsəndə Şəhid Sərxan Məmmədovun anım mərasimi qeyd edilib - FOTO

Tarix: 04-11-2024 18:27     Baxış: 644

Noyabrın 4-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sərxan Sahil oğlunun anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, müharibə veteranları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları şəhidin məzarına gül dəstələri düzərək xatirəsini anıblar, dualar oxuyublar.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq tarixi Zəfər xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Digər çıxış edənlər Sərxan Məmmədovun şərəfli həyatından, keçdiyi döyüş yolundan və göstərdiyi igidlik nümunələrindən söz açıblar.

Şəhidin valideynləri onlara hər zaman göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsi uca tutulduğuna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar