Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Fuad Əliyev: 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz əsl qəhrəmanlıq dastanı yazdı

Tarix: 04-11-2024 18:21     Baxış: 266

Ərazilərimizin Ermənistan tərəfindən otuzillik işğalına son qoyuldu və ərazi bütövlüyümüz təmin edildi. Bununla yanaşı, Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirildi. Müharibə zamanı döyüş meydanında ağır məğlubiyyətə düçar olan təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror aktları həyata keçirdi. Ancaq düşmənin müharibə cinayətləri Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi. Çünki xalqımız yalnız qələbəyə köklənmişdi və onu bu yoldan döndərmək mümkünsüz idi.

Həmin il noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşanın işğaldan azad edildiyini bildirən deputat diqqətə çatdırıb ki, bu şəhərin azad edilməsi istiqamətində görülən tədbirlər dünya hərb tarixinə düşəcək nadir əməliyyatlardan olub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. “Dəmir yumruq” qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan məğlubiyyətini etiraf etməli idi və belə də oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları azad olunmalı, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları təmin edilməli idi, belə də oldu. Həmin rayonların bir güllə atılmadan Azərbaycanın nəzarəti altına keçməsi daha bir tarixi hadisə idi. Bu, hərb meydanında qazandığımız böyük uğurların diplomatik yolla davamı idi. Lakin bu da son deyildi. Sonrakı proseslər və 2023-cü ilin sentyabrında birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa olundu.

“8 Noyabr qələbəsi müasir Azərbaycan tarixinin şanlı səhifəsi olmaqla yanaşı, bizim bir xalq kimi heç vaxt işğal faktı ilə barışmayacağımızı da nümayiş etdirdi. Vətən müharibəsindəki tarixi Zəfərimiz təkcə torpaqlarımızın azad edilməsi ilə deyil, eyni zamanda, xalqımızın inamının və qələbə əzminin özünə qaytarılması ilə nəticələndi. Biz qalib xalq, dövlət kimi bundan sonra əbədi olaraq öz tarixi torpaqlarımızda xoşbəxt, firavan və təhlükəsiz şəraitdə yaşayacağıq”.


Fuad Əliyev 

Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar