Xəbər lenti

Goranboyda “Uşaq Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib - FOTO

Tarix: 04-11-2024 17:35     Baxış: 721

Goranboyda, “Uşaq Hüquqları Aylığı” çərçivəsində,  cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması məqsədilə tədbir keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci bəndinin icrası və “Uşaq Hüquqları Aylığı” çərçivəsində cəmiyyətdə uşaqların himayəyə götürülməsinə müsbət münasibətin formalaşdırılması məqsədilə Goranboy rayon Fəxralı kənd tam orta məktəbində Goranboy rayon İcra Hakimiyyəti, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi, Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun və kənd sakinlərinin birgə iştirakı ilə təbliğat xarakterli tədbir keçirildi. Mubarizciler.az xəbər verir ki, Tədbirdə uşaq hüquqlarının qorunması, himayəyə götürülmuş uşaqların nəzarətdə saxlanılması, aztəminatlı ailələrdə olan problemlərlə bağlı uşaqlarda psixoloji problemlərin yaranması və aradan qaldırılması ilə bağlı müzakirələr aparıldı. Çıxış edən natiqlər himayədar ailə instititunun formalaşdırılması istiqamətində maarifləndirici tədbirlərin davamlı aparılmasını, hazırda risq qrupuna daxil olan ailələrin müəyyən edilərək həmin ailələrə monitorinqlərin təşkil olunmasının vacibliyi iştirakçıların nəzərinə çatdırıldı.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar