Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Göygöldə 8 Noyabr -Zəfər Günü ilə əlaqədar "Zəfər Yarışı" keçirilib - FOTO

Tarix: 04-11-2024 14:54     Baxış: 1 337

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Göygöl rayon Köşkü kənd tam orta məktəbində 8 Noyabr -Zəfər Günü ilə əlaqədar "Zəfər Yarışı" keçirilib.

Mubarizciler.az xəbər verir ki, Yarışda Gəncə və Naftalan şəhər,Goranboy, Göygöl, Samux və Daşkəsən rayon ümumi təhsil müəssisələrindən şagirdlər komanda şəklində iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə VII-VIII IX sinif şagirdlərindən ibarət komandalar əvvəlcədən müəyyənləşdirilmiş maneələri keçərək yarışı yekunlaşdırmalı olublar. Maneələri düzgün və daha surətli keçən komandalar müvafiq yerlərə layiq görülüblər.

Hakimlər heyyətinin qiymətləndirməsinə əsasən Gəncə şəhərini təmsil edən “Zəfər” komandası I yerə, Göygöl rayon Üçtəpə kənd tam orta məktəbin şagirdlərindən ibarət “Zəngilan” komandası II yerə, Daşkəsən rayon məktəblilərindən ibarət olan “Dəmir Yumruq” komandası isə III yerə layiq görülüb.

Müvafiq yerlərə layiq görülən komanda üzvləri diplom və medalla təltif ediliblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar