Xəbər lenti

Goranboyda Yunan-Roma güləşi üzrə açıq turnir keçirildi - FOTO

Tarix: 03-11-2024 00:04     Baxış: 581

 02 noyabr 2024-cü il tarixdə Goranboy Olimpiya İdman Kompleksində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy UGİŞM-in təşkilatçılığı ilə "Vətən müharibəsi Qəhrəmanı" Saleh Həsənovun şərəfinə Yunan-Roma güləşi üzrə açıq Goranboy rayon turniri keçirildi.

Mubarizciler.az xəbər verir ki, Turnirdə Goranboy rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Vətən Mühribəsi Qəhrəmanı Saleh Həsənov, Gornboy rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Cəfər Verdiyev,   Goranboy-Naftalan rayonlrı üzrə təhsil sektorunun müdüri Xəyal Məmmədov, Yunan-Roma Güləşi üzrə Dünya və Avropa mükafatçısı Taleh Məmmədov və digər vəzifəli şəxslər və idman ictimaiyyəyinin nümayəndələri iştirak etdilər.

 Turnirdə 12 şəhər və rayondan 200-ə yaxın idmançı müxtəlif çəki dərəcələri üzrə mübarizə apardılar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

 Çıxış edən natiqlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açaraq idmançılara uğurlar arzu etdilər.

 

Turnirin sonunda hər çəki dərəcəsi üzrə I, II, III yerləri tutmuş qaliblər diplom, medal və kuboklarla mükafatlandırıldılar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar