Daşkəsəndə Şəhidlərin anım mərasimləri qeyd edilib - FOTO
Noyabrın 2-də Vətən müharibəsi şəhidləri əsgər Cabbarov Muraz İlham oğlunun və əsgər Şıxıyev Orxan Raqif oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım günlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidlərin ailə üzvləri, şəhid ailələri, veteranlar, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mubarizciler.az xəbər verir ki, Əvvəlcə şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidlərin ailəsinə bir daha başsağlığı verib, səbir diləyib. Bildirib ki, Daşkəsən rayonunda bütün şəhidlərimizin xatirəsi əziz tutulur, onların ailələri hər zaman yad olunur. Adlarını qızıl hərflərlə tariximizə yazan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə, igid oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəs fəxr edir, qürur duyur.
Digər çıxış edənlər Muraz Cabbarovun və Orxan Şıxıyevin şərəfli həyat və döyüş yollarından söz açıblar, xatirələrini bölüşüblər.
Şəhidlərin valideynləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq hisslərini ifadə ediblər.
Xəbəri paylaş