Xəbər lenti

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət etdi - FOTO

Tarix: 01-11-2024 19:10     Baxış: 714

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il 1 noyabr tarixi Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Mubarizciler.az ın məlumatına görə  peşə bayramı münasibətilə Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Sonra nazirliyin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.













Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar