Goranboyda “1 noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü” ilə bağlı tədbir keçirilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Mubarizciler.az xəbər verir ki, Goranboy rayonunda keçirilən tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və kollektivi, rayonda fəaliyyət göstərən müəyyən xidmət sahələrinin və pambıq qəbuletmə məntəqələrinin nümayəndələri, bir qrup kənd təsərrüfatı işçiləri Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər.Kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi, bu yöndə qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir, nəticədə iqtisadiyyatın, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır. Goranboy rayonunda da iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatında bitkiçilik və heyvandarlıq sektorunun inkişafı diqqət çəkir .Rayon üzrə 15739.3 ha arpa, 7559.7 ha buğda olmaqla, 23299,5 ha taxıl sahəsində biçin aparılmış, “Aqroservis” ASC-yə məxsus 35 ədəd, hüquqi və fiziki şəxslərə məxsus 36 ədəd olmaqla ümumilikdə 71 kombayn biçinə cəlb olunmuşdur. Arpa üzrə orta məhsuldarlıq 33.6 sentner, buğda bitkisi üzrə 36.2 sentner olmuşdur. Goranboy rayonu üzrə baramaçılıqla məşğul olmaq istəyən 51 kümçü müraciəti qeydiyyata alınmış, aprel ayı ərzində həmin kümçülərə 110 qutu barama qurdu toxumu verilmiş, məntəqələrə 4174 kq barama məhsulu təhvil verilmişdir.Rayon ərazisində 22051.4 ha taxıl, 550.5 ha qarğıdalı, 2349.9 ha günəbaxan, 99.3 ha şəkər çuğunduru və 9.0 ha tütün olmaqla yazlıq əkin aparılmışdır. 316.5 ha qarğıdalı sahəsində yığım aparılmış, məhsuldarlıq 27 sentner təşkil etmişdir. Rayon ərazisində 8 ha sahədən 17 ton məhsul yığılaraq təhvil verilmişdir. 2024-cü ildə rayon ərazisində “Azərpambıq” MMC, “MKT” MMC və “Goran Cotton” tərəfindən 1450,4 ha pambıq əkilmişdir. Hazırda pambıq yığımı aparılır və 1400 ton pambıq məhsulu yığılmışdır.Payız-qış mövsümünə hazırlıqla bağlı Goranboy rayonu ərazisində Növbəti məhsul ili üçün 20320.5 hektar ərazidə şum işi , 10 hektar ərazidə buğda, 256 hektar sahədə arpa , 184 hektar sahədə xəsil, 63 hektar sahədə təzə yonca səpini və 412.14 ha sahədə digər əkin işləri aparılmışdır.
Xəbəri paylaş