Xəbər lenti
23-10-2024, 14:07
 

İlham Əliyev Zığ Elektrik Avtobus Parkında - Fotolar - Yenilənib

Tarix: 31-10-2024 20:35     Baxış: 196

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.

Mubarizciler.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısına burada Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.

***

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Zığ Elektrik Avtobus Parkının ümumi ərazisi 5,4 hektardır. Tutumu 210 elektrik avtobusu olan parkın ərazisində 60 şarj stansiyası mövcuddur.

Hazırda avtobus parkı Çin Xalq Respublikasının istehsalı olan elektrik mühərrikli “BYD” markalı 160 avtobusdan ibarətdir.

Dövlət başçısına avtobusların texniki göstəriciləri barədə məlumat verilib.

Diqqətə çatdırılıb ki, 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 il, sərnişin tutumu 83 nəfərdir. Nəqliyyat vasitəsinin uzunluğu 12 metrdən bir qədər çox, eni 2 metr yarım, hündürlüyü isə 3 metrdən artıqdır.

Avtobusların fəaliyyətini təmin edəcək 100 şarj cihazı “Luobinsen” şirkətinin istehsalıdır. Cihazların yükləyici gücü 320kW təşkil edir. Şarj cihazları həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər çoxsaylı mühafizə funksiyalarına malikdir. Cihazlar şəhərin müxtəlif istiqamətlərində yerləşdiriləcək.

Eyni zamanda, diqqətə çatdırılıb ki, elektrik mühərrikli “LEVC TX5” markalı plug-in hibrid taksilər İngiltərə növü olub Çin istehsalıdır. “Avro-6” standartlarına uyğun həmin avtomobillərin enerji doldurma müddəti 30 dəqiqədir. Yalnız elektrik mühərriki ilə 130 kilometr, qoşulmuş benzin generator ilə isə 600 kilometr məsafə qət etmək imkanına malikdir. Avtomobil, həmçinin təcili əyləc, təkərlərin təzyiqinə nəzarət təchizatı, yol nişanlarını tanıma kimi müasir təhlükəsizlik sistemləri ilə təchiz olunub.

Avtobus parkında, həmçinin təmir mərkəzi, inzibati bina, transformator məntəqəsi, xidmət və texniki sahələr fəaliyyət göstərəcək. Marşrutların Monitorinq Mərkəzi isə avtobusların hərəkət marşrutlarını, qrafiklərini və sərnişin təhlükəsizliyini səmərəli şəkildə izləmək və idarə etmək üçündür. Burada gün ərzində 3 növbədə 24 saat xidmətin təşkil edilməsi və 83 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Qeyd edək ki, hazırda karbon emissiyasının azaldılması qlobal hədəfə çevrilib. Azərbaycan da bu hədəfə çatmaq üçün prioritetlər müəyyənləşdirib. Yaşıl texnologiyalardan istifadə bu istiqamətdə atılan addımlardandır. “Eko bus” layihəsi isə yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi məqsədi daşıyır.























Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar