Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Anar Məmmədov Tərtərdə seçicilərini qəbul edib - FOTO

Tarix: 31-10-2024 20:20     Baxış: 630

Milli Məclisin deputatı Anar Məmmədov vətəndaşları narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə növbəti dəfə Tərtər rayonu Sarov kəndində səyyar qəbul-görüş keçirib.

Mubarizciler.az xəbər verir ki, görüşdə millət vəkili ilə yanaşı, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov iştirak edib.

Səyyar qəbulda vətəndaşların sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlər isə qanunvericiliyə uyğun, operativ həlli üçün nəzarətə götürülüb.

Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.









Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar