Xəbər lenti
18-11-2024, 12:06
 
12-11-2024, 14:51
 

Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib

Tarix: 31-10-2024 15:08     Baxış: 315

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Besart Kadianın etimadnaməsini qəbul edib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, Azərbaycan və Albaniya prezidentlərinin qarşılıqlı səfərlərinin və Albaniyanın Baş nazirinin ölkəmizə səfərinin əlaqələrimizin möhkəmləndirilməsi işinə töhfə verdiyini bildirib. Azərbaycan Prezidenti Albaniyanın Baş nazirinin bir neçə gündən sonra COP29-da iştirak edəcəyini də vurğulayaraq, bütün bunların ölkələrimiz arasında yaxın tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini deyib. Ölkələrimizin beynəlxalq səviyyədə bir-birini həmişə dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın təmsil olunmadığı beynəlxalq təşkilatlarda Albaniya hökumətinin mövqeyimizi dəstəkləməsini yüksək qiymətləndirib.

Səfir Albaniyanın Baş naziri Edi Ramanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Albaniyanın Baş nazirinə çatdırmağı xahiş edib.

Besart Kadia Azərbaycanda səfir kimi fəaliyyətə başlamaqdan məmnunluğunu bildirərək, ölkələrimiz və xalqlarımız arasında dostluğun və mədəni əlaqələrin önəminə toxunub.

Diplomat Albaniyanın Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

COP29 tədbirinin əhəmiyyətini vurğulayan səfir bu cür genişmiqyaslı tədbirlə bağlı Azərbaycanda həyata keçirilən hazırlıq işlərinin dərin təəssürat hissi yaratdığını deyib.

Söhbət zamanı iqtisadi əməkdaşlığımızın enerji, nəqliyyat, ticarət, turizm və digər sahələri əhatə etməsindən məmnunluq ifadə olunub, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvarlıq bildirilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Konqonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbinin etimadnaməsini də qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ikitərəfli münasibətlərimizə müxtəlif istiqamətlərdə yeni təkan verilməsinin zəruriliyini qeyd edərək, siyasi əlaqələrin yaxşı səviyyəyə çatdığını, ticarət və iqtisadi sahələrdə isə görüləsi çox işlərin olduğunu deyib.

Dövlət başçısı beynəlxalq təşkilatlar, ilk növbədə, BMT və Qoşulmama Hərəkatı çərçivəsində bu günə qədər ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və bunun gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Səfir, ilk növbədə, Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedinin salamlarını və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə bağlı təbriklərini dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Konqo dövlətinin başçısına çatdırmağı xahiş edib.

Səfir Azərbaycan ilə Konqo arasında təhsil, bank, maliyyə, mədənçilik, təhlükəsizlik sektorlarında və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunub.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Konqo Prezidentinin COP29 tədbirində iştirak edəcəyindən məmnunluğunu bildirib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amanul Haqın etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, siyasi əlaqələrimizin, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, investisiya və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəkləməsinin önəmini qeyd edib.

Səfir Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Banqladeş dövlətinin başçısına çatdırmağı xahiş edib.

Dövlət başçısı əvvəllər Banqladeş Prezidenti ilə təmaslarını xatırlayaraq Məhəmməd Şahabuddinin COP29-da iştirak edəcəyini məmnunluqla vurğulayıb, ona fəaliyyətində uğurlar arzulayıb.

Amanul Haq ikitərəfli münasibətlərlə bağlı xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

COP29-un əhəmiyyətinə toxunan səfir bu tədbirdə Prezident səviyyəsində təmsil olunacaqlarından məmnunluqlarını bildirib.

***

Azərbaycan Prezidenti İlham Əliyev Ruandanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul edib.



















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar