Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Qusarda antinarkotik təbliğatı çərçivəsində məktəblilərlə görüş keçirilib - FOTO

Tarix: 31-10-2024 14:57     Baxış: 1 365

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Gedəzeyxur kənd tam orta məktəbində keçirilən görüşdə çıxış edən şöbənin rəis müavini, polis polkovniki Ceyhun Osmanov bildirib ki, narkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir.

Son illər Respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli gücləndirilib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında, o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazid əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.

Görüşdə həmçinin, DİN-in Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışılıb.

Həmçinin, erkən nikahın fəsadları barədə də məktəblilər məlumatlandırılıb.

Sonda dinləyicilərin sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar