Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Şuşada Naftalan nefti ilə bağlı müzakirələr aparılıb

Tarix: 30-10-2024 18:15     Baxış: 854

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “Azərbaycan Sağlamlıq Turizmi Konfransı: inkişaf imkanları” mövzusunda beynəlxalq konfrans keçirilib.

Mubarizciler.az ın məlumatına görə, konfransda Dövlət Turizm Agentliyin rəhbəri Fuad Nağıyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev və bir çox rəsmi şəxslər iştirak edib.

Konfransa, o cümlədən bir çox ölkədən olan mütəxəssislər qatılıb.

Tədbir sağlamlıq turizmi sektorunda mövcud qabaqcıl təcrübələrin araşdırılması və Azərbaycan üçün inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə həsr olunub.

Fuad Nağıyev sağlamlıq turizmi üzrə zəngin və geniş potensiala malik Azərbaycanda bu sahənin inkişafı ilə bağlı son illərdə bir çox istiqamətlər üzrə işlər görüldüyünü qeyd edib: “Azərbaycanın sağlamlıq turizmi üzrə Naftalan neftinin turizm məhsulu kimi daha da inkişaf etdirilməsi, resursun Avropa və yeni bazarlarda təşviq edilməsi əsas hədəflər sırasındadır. Qarabağ və Şərqi Zəngəzur üzrə də sağlamlıq turizmi üçün zəngin potensiallı ərazilər mövcuddur”. 

Naftalan ŞİH başçısı isə Prezident İlham Əliyevin sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamının Prezidentin turizmə, sağlamlıq turizminə olan diqqət və qayğısının nəticəsi kimi qiymətləndirib. Qeyd edib ki, Sərəncamın icrası Naftalanın sağlamlıq turizm mərkəzi kimi dünyada tanıdılmasına xidmət edəcək.

Həmçinin Azərbaycanın sağlamlıq turizm mərkəzlərini, tibbi turizm xidməti göstərən hotel və müalicə mərkəzləri barədə məlumatı əks etdirən videoçarx nümayiş etdirilib.

Bəşir Hacıyev çıxışında zəngin turizm potensialına malik Kəlbəcərdə aparılan bərpa-quruculuq işləri, o cümlədən “İstisu” sanatoriyasının yenidən qurulması haqqında məlumat verib. 

Konfrans çərçivəsində təşkil olunan “Sağlamlıq turizmi sənaye sərgisi: Unikal məhsulların nümayişi” sərgisində Naftalan şəhərini bir çox turizm obyektlərinin nümayəndələri təmsil edib və Naftalan neftindən hazırlanmış müxtəlif məhsullar, kosmetik vasitələr konfrans iştirakçlarına nümayiş olunub.

Konfrans işini üç fərqli mövzular ətrafında, panel sessiyalarla davam etdirib.















Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar