Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Onlar yeni vəzifəyə təyin edildi

Tarix: 30-10-2024 18:11     Baxış: 1 309

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabeliyindəki iki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.

Mubarizciler.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Kərimov Elçin Vaqif oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib.

E. Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavadov Cavad Alı oğluna həvalə edilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib. 

Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar