Xəbər lenti

Azər Məmmədov Şəhid ailəsini ziyarət edib - FOTO

Tarix: 29-10-2024 22:54     Baxış: 1 435

Şəhid Rauf İbadovun əziz xatirəsi yad edildi.

Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən olan rəssam Rauf İbadovun şəhadətindən 4 il ötür.

 Mubarizciler.az ın məlumatına görə, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, həmçinin Birlik əməkdaşları, şəhidin ailə üzvləri və yaxınları Raufun adına inşa edilən bulaq abidəni ziyarət ediblər. Şəhidin atası Məhərrəm İbadov oğlunun şərəfli ömür yolundan söz açıb. O, Raufun Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdiyini, oktyabr ayının 23-ü Laçın dəhlizi ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb. Daha sonra Vətən müharibəsi şəhidi rəssam Rauf İbadovun vaxtı ilə yaşadığı evdə müxtəlif mövzuda çəkdiyi əsərlərə baxış keçirilib. Birliyin baş direktoru şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb, bu cür vətənpərvər ruhda övlad böyütdükləri üçün onlara təşəkkür edib. Raufun atası Məhərrəm İbadov şəhidin həyat və yaradıcılığından bəhs edən kitabı baş direktora təqdim edib.

Qeyd edək ki, Məhərrəm İbadov uzun illərdir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində çalışır.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar