Xəbər lenti

Naftalanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin peşə bayramı qeyd olunub

Tarix: 13-02-2023 18:09     Baxış: 2 708

Naftalanda AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin peşə bayramı qeyd olunub


Mubarizciler.az xəbər verir ki,  Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Mirqasım Abbasov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

 

 Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

 Tədbirdə ŞİH-nin başçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin bütün şəxsi heyətini xidmətin yaranmasının 11-ci ildönümü münasibətilə təbrik edərək bildirib ki, yüksək döyüş qabiliyyətinə malik Silahlı Qüvvələrimizin müntəzəm inkişafı, onun döyüş qabiliyyətinin sürətlə artırılması, maddi-texniki bazasının ən müasir səviyyəyə çatdırılması, dövlət başçısının bütün bu işlərə hər zaman uzaqgörən rəhbər diqqəti göstərməsi Azərbaycan xalqını ən böyük qələbəyə - 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərə qovuşdurub. Həmçinin, qeyd edilib ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi Azərbaycan tarixinə ən parlaq səhifə kimi əbədi həkk olunub. 

 Şəhər İcra Hakimiyyəti tərəfindən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin əməkdaşları Fəxri Fərmanlarla təltif olunublar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar