Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Anar Məmmədov Goranboyda vətəndaş qəbulu keçirib - FOTO

Tarix: 29-10-2024 01:25     Baxış: 1 001

YAP-çı millət vəkili Anar Məmmədov deputat seçildiyi 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsi üzrə vətəndaş qəbulu keçirib.

Mubarizciler.az xəbər verir ki, Anar Məmmədov bu dəfə  Goranboy Rayon Yeniyol kəndində Təhlə, Yeniyol, Xanqərvənd və Əlirzalı kəndlərindən olan seçicilərini qəbul edib. Keçirilən qəbulda millət vəkili ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov iştirak edib. 

Vətəndaşlarla fərdi qaydada görüş keçirilib, millət vəkili onların müraciət və təkliflərini dinləyib.

Görüş zamanı vətəndaşları narahat edən bəzi məsələlər, qaz, səhiyyə, sosial səpkidə olan müraciətlər müzakirə zamanı həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə Anar Məmmədov tərəfindən nəzarətə götürülüb.

Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Goranboy rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə etdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar