Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Səyyar “Sağlam Həyat” günləri layihəsinin növbəti ünvanı Ağstafa rayonu olub - FOTO

Tarix: 26-10-2024 19:57     Baxış: 2 639

Fiziki aktiv sağlam həyat tərzini təbliğ edən idman tədbiri Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkının ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub. 

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin baş məsləhətçisi Əliniyaz Mirzəyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, məsul şəxslər, ictimaiyyət nümayəndələri və ümumilikdə iki yüz nəfərədək yeniyetmə və gənc iştirak edib. 

Səyyar idman avtomobilində gətirilən müxtəlif idman növlərinə aid avadanlıqlar və vasitələr parkın ərazisində quraşdırılıb, gənclər müxtəlif idman növlərində - qaçış, voleybol, basketbol, dama, boks və digər yarışlarda öz qüvvələrini sınayıblar. 

Layihə çərçivəsində öz yaş qrupları üzrə müxtəlif idman normativlərinin öhdəsindən layiqincə gələn idman həvəskarları müvafiq sertifikatlarla təltif olunublar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar