Xəbər lenti

Şirvan Polisi Şəhid Kamran Fərəcovun ailəsini ziyarət edib

Tarix: 26-10-2024 15:40     Baxış: 1 365

Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyi və əməkdaşları torpaqlarımızın müdafiəsi uğrunda aparılan 44 günlük Vətən müharibəsində mərdliklə döyüşərək  şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, baş əsgər Kamran Fərəcovun ailəsinin qonağı olublar. Mubarizciler.az ın məlumatına görə, İgidimizin valideynləri ilə həmsöhbət olan polislər onların qayğıları ilə maraqlanıb, gətirdikləri sovqatları təqdim ediblər.

Ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.

Şəhidimiz ailə üzvləri göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar