Xəbər lenti

Qusarda Polis Akademiyasına qəbulla bağlı görüşlər keçirilib - FOTO

Tarix: 25-10-2024 16:23     Baxış: 966

DİN-in Polis Akademiyasında təhsilə təşviqlə bağlı  görüşlər Qusar rayonunda da davam etdirilir. Bu həftə ərzində rayonunun müxtəlif kəndlərində, həmçinin bu gün Qusar RPŞ-nin inzibati binasında yuxarı sinif şagirdləri və onların valideynləri ilə  növbəti görüş baş tutub. 

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə çıxış edən RPŞ-nin əməkdaşkarı və Polis Akademiyasının nümayəndəsi məktəblilərə sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıblar.

Ölkəmizin daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi, vətənə xidmətin şərəfli olması barədə yeniyetmə və gənclərimizlə söhbətlər aparıb.

Ali təhsil almaq arzusunda olan abituriyentlərə Polis Akademiyası barədə ətraflı məlumat verilib, qocaman təhsil müəssisəsinin ölkəmizdə savadlı kadrların yetişməsində, daxili işlər orqanlarının hüquqşünaslarla təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırılıb.

Sonda şagirdlərin sualları cavablandırılıb və iştirakçılara Polis Akademiyasının fəaliyyətini özündə əks etdirən qısametrajlı tanıtım videoçarxı göstərilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar