Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Goranboyda “təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda görüş keçirilib - FOTO

Tarix: 25-10-2024 16:17     Baxış: 1 085

Goranboyda,  “təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi”  mövzusunda maarifləndirici tədbir keçirildi.

Azərbaycan respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 5.5.1. bəndində uyğun olaraq, “təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda Goranboy şəhər 4 nömrəli tam orta məktəbində Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirildi.

 Mubarizciler.az xəbər verir ki, Tədbirdə, rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın pisixoloqu  Rauf Behbudzadə rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğuladı. Digər çıxış edənlər rayonda və kəndlərdə erkən nikah hallarının aşkarlanması istiqamətində əldə olunmuş statistik məlumata görə erkən nikaha sövq edilən qızların mütləq əksəriyyətinin təhsildən yayınan qız uşaqları olduğunu qeyd etdi və bu səbəbdən də şəhər və kənd bələdiyyələrinin nəzdində fəaliyyət göstərən yerli monitorinq qruplarının fəaliyyətinin sürətlənməsini bildirdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar