Xəbər lenti
18-11-2024, 12:06
 

Goranboyda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü ilə bağlı tədbir keçirildi - FOTO

Tarix: 13-02-2023 17:51     Baxış: 1 198

Goranboyda  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü ilə bağlı tədbir keçirildi.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin  rəhbərliyi və əməkdaşları və bir qrup ictimai fəallar iştirak etdilər. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Son illər cənab Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bütün sahələrdə  islahatların aparıldığını, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və idarəetmənin çevik mexanizmlər əsasında müasir tələblərə uyğun  qurulmasını qeyd edən icra başçısı Məhərrəm Quliyev çıxışında,  cənab Prezidentin  13 fevral 2012-ci il tarixli fərmanı ilə hərbi komissarlığın ləğv edilərək,  əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  yaradıldığını vurğuladı. Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılmış, müvafiq qanunvericilik bazası təkmilləşdirilmişdir. Xidmət tərəfindən “Hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sistemi” yaradılmışdır. 

Tədbirin sonunda SHÇDX-nin rayon şöbəsinin xidmətdə fərqlənən əməkdaşlarına Fəxri Fərmanlar  təqdim edildi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar