Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Ədalət Abdullayev saxlanıldı - FOTO

Tarix: 25-10-2024 09:57     Baxış: 1 596

Qaxda dələduzluq edən şəxs saxlanılıb.

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 38 yaşlı Ədalət Abdullayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ə.Abdullayev zərərçəkənlərin etibarından sui-istifadə edərək onları işə düzəltmək, əlilliklə bağlı ev və avtomobil almaqda köməklik göstərmək kimi vədlərlə aldadıb. Bu kimi dələduzluq əməlləri ilə Ə.Abdullayev vətəndaşların 32 min manat pulunu ələ keçirib. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar