Xəbər lenti
18-11-2024, 12:06
 

Lerikdə narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici görüş təşkil edilib - Foto

Tarix: 23-10-2024 19:20     Baxış: 399

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə narkomaniya, erkən nikah və kibercinayətkarlığa qarşı mübarizə mövzusunda maarifləndirici görüş təşkil edilib.

Mubarizciler.az xəbər verir ki, Çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis mayoru Anar Şıxəliyev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.

Görüşdə həmçinin kibercinayətkarlıq hallarına qarşı vətəndaşlar tərəfindən görülməli olan ehtiyat və təhlükəsizlik tədbirləri ilə bağlı da tədbir iştirakçılarına məlumat verilib və bildirilib ki, heç bir halda bank və digər şəxsi məlumatlar qarşı tərəfə ötürülməməli, kiberdələduzların qurbanı olmamaq üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişlər açılmamalıdır.

Sonda müzakirə olunan mövzularla əlaqəli videoçarx izlənilib və şagirdlərin sualları cavablandırılıb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar