Xəbər lenti

Anar Məmmədovun təşəbbüsü ilə Tərtərdə Qazi Rəşad Məmişovun ailəsi ziyarət edilib - FOTO

Tarix: 23-10-2024 14:40     Baxış: 1 911

97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsinin deputatı Anar Məmmədov daim Şəhid və Qazi ailələrini diqqət mərkəzində saxlayır və onların qayğıları ilə maraqlanmaqda davam edir.

Mubarizciler.az xəbər verir ki, Deputat Anar Məmmədovun təşəbbüsü ilə köməkçisi Elçin Cahangirov və  YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Tərtər şəhər sakini, Vətən müharibəsinin qazisi Məmişov Rəşad Ələsgər oğlunun evində oldu, ailənin qayğıları ilə maraqlandı. Qeyd edək ki, qazinin anası ötən qəbulda iştirak etmiş,  müəyyən məsələlərin həlli ilə bağlı müraciətlər etmişdir. Qəbulda deputat Anar Məmmədov ünvanlanan müraciətlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirmişdir.

Vətən müharibəsinin qazisi Məmişov Rəşad Ələsgər oğlu və  ailəsi bu gün ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar