Sabirabad Polisi məktəblilərin qonağı olub - FOTO
Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Mubarizciler.az xəbər verir ki, Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov “ağ ölüm” kimi tanınan və cəmiyyətin ən böyük bəlasına çevrilən narkotiklərin insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıb. Məktəblilərə geniş məlumat verən şöbə rəisi, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən qətiyyətli tədbirlərin həyata keçirildiyini qeyd edib.
Erkən nikahların fəsadları mövzusunda çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Anar İmamquliyev məktəblilərə dəyərli tövsiyələr verərək təhsillərində uğurlar arzulayıb.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, videoçarxlar nümayiş etdirilib.
Xəbəri paylaş