Xəbər lenti

Daşkəsəndə yeniyetmə və gənc voleybolçularla görüş keçirilib - FOTO

Tarix: 22-10-2024 22:43     Baxış: 686

Oktyabrın 22-də Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla birgə Daşkəsən məktəblilərindən ibarət voleybolçular üçün keçirilən təlim-məşq toplanışını izləyiblər.

Mubarizciler.az xəbər verir ki, Federasiya prezidenti məşqçilər və idmançılarla söhbət edib, onlar üçün yaradılan şəraitlə tanış olub. Ümumi vəziyyətlə bağlı ətraflı məlumat verilərək bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə keçirilir və iştirakçılar üçün hər cür şərait yaradılmışdır. 

Şahin Bağırov voleybolun inkişafı üçün bu cür məşqlərin əhəmiyyətini qeyd edib, idmançılara məşqlərə ciddi yanaşmalarını, çox çalışmalarını və məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirmələrini tövsiyə edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar