Xəbər lenti
18-11-2024, 12:06
 

Baş Prokurorluq Qarabağ Universitetinin tələbələri ilə görüş keçirib - FOTO

Tarix: 22-10-2024 19:46     Baxış: 406

Oktyabrın 22-də Azərbaycan Respublikasının Baş Prokurorluğu və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Qarabağ Universitetində Humanitar və sosial elmlər fakültəsinin tələbələri ilə görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə Baş Prokurorluğun, habelə Elm və Təhsil Nazirliyinin bir sıra rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edib, çıxışlar edilib, tələbələri maraqlandıran sualların cavablandırılması təmin olunub.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən universitet qarşısında qoyulan prioritetləri diqqətə çatdırıb. 

Daha sonra Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli hüquq təhsilinin inkişafı təşəbbüsləri mövzusunda tələbələr qarşısında çıxış edib. Hüquq sahəsinin daim inkişafda olmasını vurğulayan Mətin Kərimli tələbələrə müasir tələblərə adaptasiya olunmasını, peşəkar mütəxəssis kimi yetişmələri üçün elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklərə və müvafiq kommunikasiya bacarıqlarına da yiyələnmələrini tövsiyə edib.

Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov çıxış edərək Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən elm-təhsil müəssisələrinə daim qayğı ilə yanaşılmasını, Baş Prokurorluqla bir sıra bir sıra yerli və xarici elm-təhsil ocaqları arasında sıx əməkdaşlığın mövcud olmasını diqqətə çatdırıb, həmçinin, Baş Prokurorluqla həmin təhsil müəssisələri arasında qurulmuş əməkdaşlıq, həyata keçirilən birgə layihələr barədə görüş iştirakçıları məlumatlandırıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə cari ilin iyun ayının 24-də Xankəndi şəhərində “Ətraf Mühitin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda Elmi-Praktiki Konfrans keçirilib. Həmin tədbirdə birgə imzalanmış memoranduma əsasən hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti ilə birlikdə “Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq mühafizə tədbirləri” (ECOLEAD) layihəsinin birgə həyata keçirilir. 

Cari ilin avqust ayının 16-da isə həmin layihəyə Naxçıvan Dövlət Universiteti də qoşulmuşdur.

Eyni zamanda, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə Prokurorluq orqanlarına işə qəbulun prosedurları və bu prosesin Ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə” əsasında həyata keçirilməsi barədə məlumat verilib. 

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Qarabağ Universitetinə tədrisin təşkili məqsədilə əməkdaşların tədris prosesinə cəlb edilməsi, tədris proqramının hazırlanması, maddi-texniki bazasının təkmilləşdirilməsi, xüsusən kriminalistika sahəsində avadanlıqlarla təchiz edilməsi, bu sahədə, habelə dövlət ittihamının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi, nəzəri və təcrübi biliklərin aşılanması, həmçinin Universitetin Hüquq fakültəsinin tələbələrinin prokurorluq orqanlarında təcrübə keçmələri və ictimai köməkçi institutlarında iştirakları ilə bağlı hərtərəfli dəstək verməyə hazır olduğunu görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Yekunda Baş Prokurorluq, Elm və Təhsil Nazirliyi və Qarabağ Universiteti arasında üçtərəfli görüş formatında Hüquqşünaslıq ixtisası üzrə peşəkar kadrların hazırlanması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar