Xəbər lenti

Naftalanda ağacəkmə aksiyası keçirilib - FOTO

Tarix: 21-10-2024 18:35     Baxış: 777

Naftalanda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.

Mubarizciler.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.

Aksiyada icra başçısı, Şəhər Polis Şöbəsinin rəisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi, idarə və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Oktyabr ayında şəhərin müxtəlif ərazilərində ağacəkmə aksiyası çərçivəsində 670 ağac əkilib. Bu gün isə şəhərin Şirvan prospektində 420 ədəd müxtəlif növdə ağaclar əkilib.

Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə şəhər ərazisində yaşıllıqların artırılması məqsədilə 2520 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.














Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar