Xəbər lenti

Ülfət Qurbanov Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

Tarix: 21-10-2024 18:23     Baxış: 315

21 oktyabr 2024-cü il tarixində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov bir qrup əməkdaşla birlikdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək və onların qəhrəmanlıqlarını bir daha xatırlamaq məqsədilə Mingəçevir Şəhidlər Xiyabanını ziyarət edib. 

Mubarizciler.az xəbər verir ki, Ziyarət zamanı şəhidlərin ruhuna dualar oxunub və məzarlarına gül dəstələri qoyulub.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının tibbi və qeyri-tibbi əməkdaşlarının mütəmadi olaraq Şəhidlər Xiyabanını ziyarət etməsi, şəhidlərin fədakarlıqlarını qiymətləndirmək və onların xatirəsini yaşatmaq baxımından əhəmiyyətli bir addımdır. Bu cür tədbirlər, cəmiyyətin şəhidlərə olan borcunu unutmadığını və onların xatirəsinə dərin hörmətlə yanaşdığını göstərir.

Qeyd edək ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının kollektivinin vaxtaşırı müəssisədə çalışan əməkdaşların şəhid olmuş yaxınlarının məzarlarıını ziyarəti şəhidlərin fədakarlıqlarını yad etmək və onların xatirəsini yaşatmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin şəhid ailələri ilə bir araya gəlmək, onların ehtiyaclarını dinləmək və dəstək olmaq da bu ziyarətlərin əsas məqsədlərindən biridir. 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar