Xəbər lenti

Şəhid Elyəddin Cəfərovun xatirəsi anılıb - FOTO

Tarix: 20-10-2024 21:24     Baxış: 812

Vətən müharibəsində torpaqlarımızın azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Cəfərov Elyəddin Zöhrab oğlunun anım tədbiri keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Anım tədbirində Naftalan ŞİH-nin başçısı, Naftalan Şəhər Məhkəməsinin, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhidin ailə üzvləri iştirak ediblər. 

Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. 

Şəhidin ailə üzvləri onlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub. Cəfərov Elyəddin Zöhrab oğlu (ölümündən sonra) Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətən xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar