Xəbər lenti
18-11-2024, 12:06
 

Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü qeyd edilib - FOTO

Tarix: 13-02-2023 13:55     Baxış: 1 018

Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 11-ci ildönümü qeyd edilib

Mubarizciler.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gününün 11-ci ildönümü münasibəti ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi mayor Samir Qurbanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək,dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz ruhu 1 dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib. 

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin bütün şəxsi heyətini xidmətin yaranmasının 11-ci ildönümü münasibətilə təbrik edərək, bildirdi ki, bu gün doğma Azərbaycanımız hər birimizin gözü qarşısında sürətlə və hərtərəfli inkişaf edir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin tərəqqisi və davamlı inkişafı istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir. Ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Ötən 11 ildə istər idarəetmənin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.Şəhər rəhbəri qeyd edib ki, 44 günlük Vətən Müharibəsi hərbi çağırışın nə dərəcədə əhəmiyyətli məsələ olduğunu sübuta yetirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və dünyanın ən güclü silahlı birləşmələri sırasında olan müzəffər Ordumuz bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir və bu sahənin inkişafı istiqamətində müntəzəm olaraq lazımı islahatlar aparılır.

Sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin əməkdaşlarına səmimi təbriklərini çatdırıb, qeyd etdi ki, son illər Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bütün sahələrdə aparılan islahatlar, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, idarəetmənin çevik mexanizmlər əsasında müasir tələblərə uyğun  qurulması istiqamətində mühüm addımlar atılmış, müvafiq qərarlar qəbul edilmişdir. Məhz, cənab Prezidentin 11 il öncə imzaladığı müvafiq Fərmanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması da müasir dövrün tələblərinə cavab verən mühüm addım idi. Möhtəşəm Zəfərlə bitən Vətən müharibəsində statusundan asılı olmayaraq  həmrəylik nümayiş etdirib, xidməti vəzifəsini məsuliyyətlə yerinə yetirən qurumlardan biri də məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidməti və onun yerli  şöbələri olmuşdur. SHXÇDX-nin bütün əməkdaşlarına öz fəaliyyətində uğurlar arzu edən yerli təşkilatın sədri, bildirdi ki, məqsədimiz və fəaliyyətimiz müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin siyasi irsinə sadiqlik, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasəti ətrafında sıx birləşmək,  rayonumuzda sağlam, bilikli və vətənpərvər ruhlu gənclərin yetişməsi naminədir. 

Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax  rayon şöbəsinin rəisi mayor Samir Qurbanov  çıxış edərək bildirdi ki, Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. Vətən Müharibəsi bunu nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi. Rayonda  səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılması, yola salınması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm işlər görülür. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin hərbi xidmətə çağırış haqqında verdiyi Fərmanlar rayonumuzda həmişə vaxtında icra olunur, çağırış tapşırıqlarına tam şəkildə əməl olunur. Bu baxımdan Xidmətin rayon şöbəsinin şəxsi heyəti  də qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi üçün  öz  səy və  bacarıqlarını  əsirgəmir və  çağırışçıların hərbi uçotunun dəqiq, düzgün aparılması  məqsədilə  nəzarəti ciddi şəkildə həyata keçirir. 

Sonra çıxış edən Yevlax rayonunun prokuroru Ceyhun Almasov, Yevlax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev, DTX-nın Yevlax rayon Şöbəsinin rəisi İlqar Bağırov, Yevlax rayon Məhkəməsinin sədri Toğrul Əliyev Xidmət əməkdaşlarını təbrik edərək, onlara işlərində uğurlar arzuladılar.

Sonda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümü münasibətilə xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə SHXÇDX-nin Yevlax rayon şöbəsinin bir qrup əməkdaşına Yevlax Şəhər İcra Hakimiyyətinin və  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanları təqdim edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar